Elnur Əşrəfoğlu vəfat etməyib - Yenilənib

Elnur Əşrəfoğlu vəfat etməyib
Oxunma sayı: 10423

Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, bu gün ECMO cihazından ayrılıb.

***

Yeni klinikadan "Qafqazinfo"ya verilən məlumata görə, Elnur Əşrəfoğlu dünyasını dəyişməyib. Onun vəziyyəti hazırda ağır kritikdir.