Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü

Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü
Oxunma sayı: 696

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, rektor Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib. 

E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib: “Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”.

Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız və 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi