Əliyar Ağayev Yunanıstanda final oyununu idarə edəcək

Əliyar Ağayev Yunanıstanda final oyununu idarə edəcək
Oxunma sayı: 1198

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan çempionatının oyununa təyinat alıb. 

"Qafqazinfo" xəbər verir ki, o ,2-ci Superliqada "Levadiakos" və "Veriya" komandaları arasındakı cavab matçını idarə edəcək. Mayın 15-də keçiriləcək final matçında Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.

Qeyd edək ki, ilk oyunda "Levadiakos" 1:0 hesablı qələbə qazanıb. Cütün qalibi Superliqaya vəsiqə qazanacaq.

Xatırladaq ki, Əliyar Ağayev buna qədər Yunanıstan Superliqasının da bir neçə vacib oyununa təyinat alıb.