Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü
Oxunma sayı: 817

Baş nazir Əli Əsədov bu gün BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olunub.