Ekvadorda həbsxanada atışma, ölənlər var

15.06.2021 | 13:34 Oxunma sayı: 16
Ekvadorda həbsxanada atışma, ölənlər var

Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada atışma nəticəsində 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Bu barədə “Qafqazinfo” “Televisa” telekanalına istinadən xəbər verir.

Məlumata görə, qarışıqlıq zamanı 28 məhbus qaçmağa cəhd göstərib. Hazırda həbsxananın ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılıb, vəziyyət nəzarətə götürülüb.

Fevral ayında bir neçə Ekvador həbsxanasında məhbusların üsyanı olmuş, nəticədə 80-ə yaxın insan həyatını itirmişdi. Buna səbəb ədavət aparan dəstələrin mübarizəsi idi.

Digər xəbərlər