Əfsanəvi futbolçu “Qəbələ”ni təbrik etdi - Foto

efsanevi-futbolcu-qebeleni-tebrik-etdi
Oxunma sayı: 2228

İngiltərə millisinin və “Arsenal” klubunun əfsanəsi Toni Adams “Qəbələ”ni Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Adams “qırmızı qaralar”ın prezidenti Fariz Nəcəfovla şəklini paylaşaraq təbrik yazıb.

Qeyd edək ki, Toni Adams 2010/2011-ci illərdə “Qəbələ”də çalışıb.