Əfsanəni qaçıran 44 yaşlı kişi həbs edildi

efsaneni-qaciran-44-yasli-kisi-hebs-edildi
Oxunma sayı: 4868

Tovuz rayonundan azyaşlını Xaçmaz rayonuna gətirən, onun hüquqlarını pozaraq cinayət əməlində təqsirləndirilən şəxs məhkəmə qərarı ilə həbs edilib. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Quba  regional qrupundan bildirilib.

Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham olunan 44 yaşlı Səfər Kavazov barəsində cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.