“Əfqanıstandakı hadisələr Cənubi Qafqazdakı vəziyyətə təsir edə bilər” - Putin

“Əfqanıstandakı hadisələr Cənubi Qafqazdakı vəziyyətə təsir edə bilər”
Oxunma sayı: 1776

Rusiya Prezidenti Vladimir Putin Əfqanıstan ərazisindən potensial təhlükələrin zərərsizləşdirilməsini MDB ölkələrinin xüsusi xidmət orqanlarının vəzifələrindən biri hesab edir.

“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, bunu Rusiya lideri MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

“Əfqanıstan ərazisindən potensial təhdidlərin neytrallaşdırılması MDB-nin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Biz çox yaxşı anlayırıq ki, bu ölkədə baş verən hadisələr Mərkəzi Asiya, Cənubi Qafqaz və digər bölgələrdəki vəziyyətə nə dərəcədə ciddi təsir göstərə bilər”, - deyə Putin qeyd edib.