Dünyanın aparıcı trenajor istehsalçısı “Life Fitness” artıq Azərbaycanda - Fotolar

Dünyanın aparıcı trenajor istehsalçısı “Life Fitness” artıq Azərbaycanda
Oxunma sayı: 1543

“Life Fitness” 60 ildən çoxdur ki, idman mərkəzləri və fitnes-klubları üçün premium avadanlıqları istehsal edən dünyanın aparıcı fitnes avadanlıqları istehsalçısıdır.

Şirkət çoxsaylı innovasiyalı kəşflər sayəsində “Life Fitness”,“Hammer Strength” və “Cybex” brendləri altında kardio və güc trenajorları istehsal edir. Life Fitness-in idman trenajorları yüksək texniki,müasir və innovativ xüsusiyyətlərə malikdir.

Neftçilər prospekti, 143 ünvanında yerləşən, Azərbaycanda “Life Fitness” şirkətinin rəsmi distribyutoru olan  “Zeta Trading” şirkəti idman trenajorlarının geniş çeşidini təklif edir.

Beləliklə, “Zeta Trading” şirkəti paytaxtın fitnes-klublarının, idman və komplekslərinin əksəriyyəti üçün “Life Fitness” trenajorlarının eksklüziv təchizatçısı olmaqla yanaşı,  idmanla məşğul olanlar üçün ən yaxşı şəraiti təmin edir.

Mağazanın daxili  interyer tərtibatı geniş və müasir “Loft” üslubunda yerinə yetirilmişdir.

Alınan Fitnes avadanlıqlarının çatdırılması, ən qısa zamanda tamamilə pulsuz olaraq və tam təhlükəsiz şəkildə həyata keçirilir!

Həmçinin, qeyd etmək lazımdır ki, şirkət öz texniki servis xidmətini təqdim edir. “Life Fitness” trenajorlarının sahibləri  xarici ölkələrdə(ABŞ,Türkiyə,Rusiya və s.) təlim keçmiş və 15 ildən artıq iş təcrübəsi olan sertifikatlaşdırılmış mütəxəssislərin vaxtlı-vaxtında və keyfiyyətli texniki xidmətlərindən yararlana bilər.

“Life Fitness” avadanlıqları bütün dünyada fitnes həvəskarları və peşəkarları arasında rəğbət qazanmışdır- dünya üzrə premium otellər,ən böyük fitnes-klub şəbəkələri və aparıcı idman komandaları məhz bu məşhur brendə üstünlük verir.

“Life Fitness” istifadəçinin rahatlığı və məşqlərin maksimum səmərəliliyi üçün yaradılmışdır.

“Life Fitness” -in “İntegrity” seriyalı  kardio-trenajorları fitnes sənayesinin ən yüksək keyfiyyət standartlarına cavab verir. Flex Deck amortizasiya sistemi oynaqların üzərindəki yükü 30% azaldır və məşq effektivliyini artırır. Trenajorların  konsolları ən zəngin funksiyaya malikdir: virtual məşqçi ilə fərdi məşq proqramlarının yaradılması, ürək döyüntüsünün və nəbzin nəzarəti, istifadəçi haqqında məlumatların saxlanılması, internetə çıxış, hər zövqə uyğun bir çox əyləncə proqramları (Facebook,Netflix,Youtube,Spotify,Web Browser,TV kanalları) və s.

Life Fitness trenajorları mükəmməl etibarlılıq və icra keyfiyyəti, biomexanik qanunlarına uyğunluq və effektiv məşqlər üçün lazımi funksionallıqa malikdir.

Uzun illər ərzində  Life Fitness şirkəti innovativ texnologiyalara, dizayn və  avadanlıqların qüsursuz keyfiyyətinə görə, bir çox  mükafatlara layiq görülmüşdür.

Life Fitness yalniz keyfiyyətli avadanlığın istehsalçısı deyil,həmçinin- idman və həyatın bütün sahələrində qarşınıza qoyduğunuz bütün məqsədlərə çatmaq üçün səmərəli həlldir.

Yeniliklər və cari kampaniyalar haqqında ətraflı məlumatı şirkətin rəsmi Instagram səhifəsində linkə keçid https://www.instagram.com/lifefitnessazerbaijan/?hl=ru edərək və ya +994 55 224 13 13 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.