Meymunçiçəyi xəstəliyinə yoluxma halları ötən həftə əvvəlki həftə ilə müqayisədə 21 faiz azalıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub.
Əvvəlki həftə dünyada 7 min 477 meymunçiçəyinə yoluxma halı görüldüyü halda, 15-21 avqust tarixlərində həftəlik halların 5 min 907-yə düşdüyü vurğulanıb.
Qeyd edək ki, meymunçiçəyi virusu indiyədək 90-dan çox ölkədə qeydə alınıb, 44 mindən çox yoluxma hadisəsi aşkarlanıb.