Dünyada həftəlik yoluxmada rekord göstərici

Dünyada həftəlik yoluxmada rekord göstərici
Oxunma sayı: 723

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 4 060 891 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son 7 gündə ölənlərin sayı isə 67 221 nəfər artıb. Hər iki göstərici ötən həftəkilərlə müqayisədə çoxdur (3 977 223 yoluxma, 59 699 ölüm halı).   

Qeyd edək ki, dünyada ümumilikdə 60 milyondan çox insan koronavirusa yoluxub, 1,4 milyondan çox insan bu virusdan dünyasını dəyişib.