Dünya çempionları Braziliyanın oyununda - Foto

Dünya çempionları Braziliyanın oyununda
Oxunma sayı: 2425

Braziliya yığmasının sabiq üzvləri komandanın ötən gün Qətərdə keçirilən dünya çempionatında İsveçrəyə qarşı matçını izləyib.

“Qafqazinfo” xəbər verir ki, 2002-ci ildə “sambaçılar”la dünya çempionu olan Ronaldo, Roberto Karlos, Kafu və Kaka komandaya dəstək olublar. 

Braziliyanın İsveçrəyə vurduğu qol zamanı onların sevinci də xüsusi diqqət çəkib. 

Onlarla yanaşı matçı izləyənlər arasında Arsen Venger, Corc Veah və məşhur hakim Perluici Kollina da olub.