DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı

DTX Gömrük Komitəsində əməliyyat keçirdi
Oxunma sayı: 20597

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.