DSX-nin hərbçisi intihar etdi

DSX-nin hərbçisi intihar etdi
Oxunma sayı: 2660

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun: Tanınmış şirkətin rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - Foto