Dövlət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət etdilər - Fotolar

Dövlət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət etdilər
Oxunma sayı: 5101

Dövlət rəsmiləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, onlar məzarlar üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.

Foto: Pərvin Zeynal, Müzəffər İsmayılov 

Xəbəri rus dilində oxuyun: Государственные деятели посетили Аллею шехидов - Фото