Dincəlməyə gedən 9 nəfər 200 manat cərimələndi - Video

Dincəlməyə gedən 9 nəfər 200 manat cərimələndi
Oxunma sayı: 5092

Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gedən 9 nəfər cərimələnib

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.

Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub. Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.