DİN nümayəndələri Fəxri xiyabanda - Video

DİN nümayəndələri Fəxri xiyabanda
Oxunma sayı: 2164

Bu gün Anım Günündə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən bildirilib.