DİN-dən “Beerline Pub”ın qarşısındakı dava ilə bağlı açıqlama

DİN-dən “Beerline Pub”ın qarşısındakı dava ilə bağlı açıqlama
Oxunma sayı: 2771

Daxili İşlər Nazirliyi “Beerline Pub”ın qarşısında baş verən insidentlə bağlı açıqlama verib.

DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sentyabrın 12-si saat 23:40 radələrində Bakı şəhər sakini O.Tağızadə və qardaşı K.Tağızadənin Xətai rayonu Xocalı prospekti 25-də yerləşən “Beerline Pub”un qarşısında Bakı şəhər sakini R.Xammədovla aralarında mübahisə yaranıb.

Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava - Video

Mübahisə zamanı R.Xammədov O.Tağızadəni bir dəfə yumruqla üz nahiyyəsinə vuraraq ona bədən xəsarəti yetirib. Hadisə zamanı tərəflər arasında baş verən insidentdən sonra ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hər 3 şəxs saxlanılaraq ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb və onların izahatları alınıb.

Hazırda baş verən xuliqanlıq faktı ilə bağlı zəruri təhqiqat araşdırmaları davam etdirilir.

Murad Əhməd