Diaspor üzvlərinin Şuşaya altıncı səfəri başlayıb - Fotolar

Diaspor üzvlərinin Şuşaya altıncı səfəri başlayıb
Oxunma sayı: 670

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 18 ölkədən 98 diaspor nümayəndəsi iştirak edir.

Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, “Xan qızı bulağı”, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digər görməli yerlərin ziyarəti daxil edilib. Eyni zamanda diaspor üzvləri post-müharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.