Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi

Deputat onun adından yayılan sitatla bağlı
Oxunma sayı: 15497

Millət vəkili Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib. S.Fətəliyeva feysbuk səhifəsində yazıb: 

"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib hoteldə qalıram" sitatı paylaşılıb.