Deputat internetlə bağlı problemdən danışdı

Deputat internetlə bağlı problemdən danışdı
Oxunma sayı: 1320

"Biz karantin dövründə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez online əlaqə kəsilirdi".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib. O qeyd edib ki, Cinayət -Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsi təmin ediləcək:

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi