Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı - Yenilənib

Dəniz sahilində kişi ilə qadın meyiti tapıldı
Oxunma sayı: 8741

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.

Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda dəniz sahilində meyiti tapılan kişi ilə qadının suda boğulması məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, ilkin araşdırmalar zamanı həmin şəxslərin dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində  birgə dənizə girmələri məlum olub. Daha sonra suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.

Ölən şəxslərin kimliyinin dəqiqləşdirilməsi və hadisənin səbəblərinin tam müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

***

Dənizdə boğularaq ölən şəxslərin Sumqayıt şəhər sakinləri: 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı və 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.