Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
Oxunma sayı: 4261

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.