Dələduzlar şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - Fotolar

Dələduzlar şəhid polkovnikin adından səhifə açıb pul yığırlar
Oxunma sayı: 2016

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:

“Bununla bağlı artıq hüquq-mühafizə  orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.

O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.