Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş... - Foto

Dəhşətli qəzada ölən Orxanla Sona tələbə imiş...
Oxunma sayı: 9036

Ötən gecə Göygöl rayonunda dəhşətli qəzada ölən ərlə arvadın tələbə olduğu müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə ,“Vaz 2107” markalı avtomobilin “Daf” markalı TIR-ın zərbəsinə tuş gəlməsi nəticəsində həlak olan 1994-cü il təvəllüdlü Orxan Hümbətov və həyat yoldaşı 1996-cı il təvəllüdlü Sona Hümbətova Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıblar. Onlar “Rabitə avadanlıqlarının quraşdırıcısı” ixtisasının 1 ci kurs tələbələri olublar.

Qeyd edək ki, 6 nəfərin öldüyü qəzada Orxanla Sonanın azyaşlı uşağı İbrahim də həlak olub. Hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. 

Emin Səfərov