Davudoğlunun olduğu lift yerə çırpılıb

Davudoğlunun olduğu lift yerə çırpılıb
Oxunma sayı: 5341

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun Vanda olduğu lift yerə çırpılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şənbə günü baş verib.

Lift hərəkət etdikdən sonra 1 mərtəbə hündürlükdən şaxtaya çırpılıb. Davudoğlunun vəziyyəti yaxşı olsa da, həkimlərin məsləhəti ilə bir müddət istirahət etməlidir.

Siyasətçinin Vanda yerli qəzetlərin birinə verdiyi açıqlamasına görə, bəzi iynələr vurulduqdan sonra həkimlər onun 1 həftə ərzində sağlamlığına qovuşacağını bildiriblər. Bu səbəbdən Davudoğlunun Mersin və Amasya səfərləri təxirə salınıb.