Dalay Lama peyvənd olundu

Dalay Lama peyvənd olundu
Oxunma sayı: 1594

Tibetin sürgündəki dini lideri, 85 yaşlı Dalay Lama koronavirusa qarşı vaksinasiyadan keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, peyvəndləmə Hindistanın şimalındakı Himaçal Pradeş əyalətinin Dharamsala şəhərində baş tutub.

O, vaksinasiyadan keçdikdən sonra xalqa cəsur və peyvənd olunma çağırışı edib.

“Daha böyük problemlərin ortaya çıxmaması üçün vaksinasiya vacibdir”, - dini lider vurğulayıb.

Dalay Lamaya “Covishield” vaksininin vurulduğu bildirilib.