Daha bir qaziyə vəzifə verildi

Daha bir qaziyə vəzifə verildi
Oxunma sayı: 2052

Daha bir Vətən müharibəsi qazisinə vəzifə verilib.

"Qafqazinfo" xəbər verir ki, qazi İsgəndərov Vasif Teyfuk oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.İsgəndərov Vətən müharibəsi zamanı ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.