Daha bir partiya Ədliyyə Nazirliyində qeydiyyata alındı

Daha bir partiya Ədliyyə Nazirliyində qeydiyyata alındı
Oxunma sayı: 1329

Yeni Yol Partiyası (YYP) Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bunu “Qafqazinfo”ya açqılamasında partiyanın sədri Ramil Hüseynov bildirib.

O qeyd edib ki, bu il yanvarın 22-də partiyanın qurultayı keçirilib və bundan sonra qeydiyyat üçün rəsmən müraciət olunub: “Artıq müraciətimizə müsbət cavab verilib, partiyamız dövlət qeydiyyatına alınıb”.

R.Hüseynov qeyd edib ki, Yeni Yol Partiyası Azərbaycanın dövlət və milli maraqlarını müdafiə etməyi öz qarşısına məqsəd qoyub: “Bundan sonra da bu siyasi xəttimizi davam etdirəcəyik. Siyasi partiyalar həm də dövlətin siyasi dayaqlarının möhkəmlənməsinə xidmət etməlidir. Bu xidməti qürurla həyata keçirib, ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması üçün səylərimizi həyata keçirəcəyik”.