Daha bir ölkədə “Omicron” aşkarlandı

Daha bir ölkədə “Omicron” aşkarlandı
Oxunma sayı: 2970

Almaniyada koronavirusun yeni ştamı olan “Omicron” aşkar edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın sosial işlər naziri məlumat yayıb.

Cənubi Afrikadan Niderlanda gedən 61 nəfər isə karantinə alınıb.

Bildirilir ki, Çexiyada da yeni ştamın əlamətləri olan şəxslər karantinə alınıb.

İlk dəfə Cənubi Afrikada aşkar edilən COVID-19-un "Omicron" ştamı bütün dünyada yayılmağa davam edir.

Xatırladaq ki, yeni ştam Avropada ilk dəfə Belçikada aşkar edilib.