Daha 3 erməni hərbçinin meyiti tapıldı

Daha 3 erməni hərbçinin meyiti tapıldı
Oxunma sayı: 1189

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, meyitlər Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235-ə yüksəlib.

Sözügedən istiqamətlərdə axtarış işləri davam etdirilir.