Dağıstanın keçmiş Baş nazirinin oğlu həbs edildi - Sevgilisini öldürüb

Dağıstanın keçmiş Baş nazirinin oğlu həbs edildi
Oxunma sayı: 2822

Dağıstanın keçmiş Baş naziri Muxtar Məcidovun oğlu Murtazali Məcidov 21 yaşlı qazaxıstanlı sevgilisini qətlə yetirməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Moskvanın İzmailovski Məhkəməsi verib. 

Murtazali Məcidov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Tomiris Baysafa ilə bağlı insident 2018-ci ilin aprelində baş verib. Qazaxıstan vətəndaşı olan tələbə ağır xəsarətlərlə institutun binası önündə tapılıb. İstintaq məlumatına görə, Murtazali Məcidov yaxın münasibəti olduğu Baysafa ilə mübahisə etdikdən sonra onu dördüncü mərtəbənin pəncərəsindən yerə atıb. Baysafa hadisədən 3 həftə sonra xəstəxanada dünyasını dəyişib.