Çinin Tayvan ətrafında təlimləri davam edir

Çinin Tayvan ətrafında təlimləri davam edir
Oxunma sayı: 454

“Adanın ətrafında Çinə məxsus 17 döyüş təyyarəsi və 5 döyüş gəmisi görünüb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tayvan Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.

Nazirlikdən verilən açıqlamada, təyyarələrdən 10-nun Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması hesab edilən hava və dəniz xəttinin şərqinə və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası" elan etdiyi bölgənin cənub-qərb hissəsinə uçduğu bildirilib.

Açıqlamada Çinin Tayvanı hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izlədiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çin ordusu ada ətrafında hərbi təlimlərə başlayıb.