Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi

Çin Pompeo və daha 27 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
Oxunma sayı: 1025

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 28 vətəndaşına, o cümlədən keçmiş Dövlət Katibi Maykl Pompeoya qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, müvafiq bəyanat Çin XİN-in saytında yerləşdirilib.

“Çin Çinin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinlə bağlı məsələlərdə atdığı bu cür addımlara görə məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, - bəyanatda deyilir.

Siyahıda, həmçinin Ağ Ev yanında ticarət üzrə milli şuranın rəhbəri vəzifəsini tutan Piter Navarro, sabiq Prezident D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen və ABŞ-ın BMT yanında daimi nümayəndəsi Kelli Kraft yer alıb.