Çimərliklər bu saatadək açıq olacaq

Çimərliklər bu saatadək açıq olacaq
Oxunma sayı: 9783

"100-dən çox çimərlik barədə məlumat saytda qeyd olunub".

"Qafqazinfo" xəbər verir ki, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib:

"Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərlikdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.

Vətəndaşlar monitorinqdən kənarda qalan, reyestrə salınmayan çimərliyə gedəndə ehtiyatlı olmalıdırlar. Çünki orada dezinfeksiya işləri aparılmaya bilər".

Ülvi Mehdiyev bildirib ki, Bakı və Sumqayıtda monitorinq olunan və reyestra əlavə edilən çimərliklər eyni vaxtda 100 minə yaxın şəxsi qəbul edə biləcəklər: 

"Ümumilikdə Bakı və Sumqyaıt üzrə 100 minə yaxın vətəndaşın istirahət etmək imkanı var. Keçən il bu vaxtı da təxminən bu qədər adam çimərliyə gedirdi. Ona görə də düşünmürük ki, bununla bağlı hər hansı problem yaşansın".

Murad Əhməd