Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanın dünyada ilk hava yastığı üzərində yeriyən barjasını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb:
“Mən CMI Offshore tərəfindən layihələndirilən və ASCO CJSC ilə əməkdaşlıq çərçivəsində inşa edilən dünyada ilk hava yastığı üzərində yeriyən barjanı ziyarət etdim. Bu barja qabaqcıl Böyük Britaniya gəmi dizayn və istehsalının və Böyük Britaniya – Azərbaycan əməkdaşlığının gözəl nümunəsidir”.