CeyLo toyunda üç gəlinlik dəyişib - Fotolar

CeyLo toyunda üç gəlinlik dəyişib
Oxunma sayı: 3873

Xəbər verdiyimiz kimi, amerikalı kinoaktyor Ben Afflek və müğənni Cennifer Lopez Corciya ştatında evləniblər.

“Qafqazinfo” xəbər verir ki, ifaçı “On The Jlo” bloqunda toyundan yeni fotolar yayımlayıb.

Məlum olub ki, CeyLo toyunda üç gəlinlik dəyişib. Onların hər biri məşhur gəlin üçün amerikalı dizayner Ralf Loren tərəfindən hazırlanıb. Gəlinliklərin hamısı əl işidir.

“Daily Mail” qeyd edir ki, hər libasın qiymətin 1 milyon dollardan (1,7 milyon AZN) çox ola bilər.