Ceyhun Bayramovla Çavuşoğlunun telefon danışığı oldu

Ceyhun Bayramovla Çavuşoğlunun telefon danışığı oldu
Oxunma sayı: 769

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.