Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü - Foto

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü
Oxunma sayı: 1421

Noyabrın 24-də nazir Ceyhun Bayramov və Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş baş tutub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.