Ceyhun Bayramov Petr Mixalkonla görüşdü

Ceyhun Bayramov Petr Mixalkonla görüşdü
Oxunma sayı: 721

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, P.Mixalko etimadnaməsinin surətini C.Bayramova təqdim edib.

C.Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına töhfə verecəyinə inandığını bildirib.

Görüş zamanı həmçinin Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, o cümlədən enerji sahəsində layihələrin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

P.Mixalko Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması, hazırda bu torpaqlarda aparılan bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.