“Cənubi Qafqazda tezliklə sabitlik bərqərar olunacaq” - Ərdoğan

“Cənubi Qafqazda tezliklə sabitlik bərqərar olunacaq”
Oxunma sayı: 1794

“Əldə edilən razılaşmalardan sonra Cənubi Qafqazda yeni dövr başlandı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Səfirlərin 13-cü Konfransında deyib.

O qeyd edib ki, Ankara bu tarixi imkanın əldən verilməməsi üzərində işləyir: “Bu günə qədər biz Azərbaycanla bir çox birgə addımlar atmışıq. Erməni radikal dairələrinin sabotajına baxmayaraq, biz Qafqazda daimi sülhə doğru mühüm yol keçmişik. Ermənistanla bizim xüsusi nümayəndələr səviyyəsində başladığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban bayramı münasibətilə mənə zəng edəndə biz çox konstruktiv danışıqlar apardıq”, - türkiyəli lider deyib.

Ərdoğan əlavə edib ki, Ermənistan tərəfindən proseslərin düzgün təhlili və Azərbaycan və Türkiyənin səmimi çağırışlarına verilən cavablar nəticəsində regionda tezliklə sabitlik bərqərar olunacaq.