Cennifer Lopezlə Ben Afflekin daha bir toyu oldu - Fotolar

Cennifer Lopezlə Ben Afflekin daha bir toyu oldu
Oxunma sayı: 4519

Amerikalı kinoaktyor Ben Afflek və müğənni Cennifer Lopez Corciya ştatında yenidən evləniblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

"Cennifer Lopez və Ben Afflek şənbə gecəsi aktyorun Corciyadakı 87 hektarlıq malikanəsində (yerli vaxtla - red.) A siyahısına düşən dostları və ailəsinin iştirakı ilə yenidən evləndilər", - məlumatda deyilir. 

Qeyd edək ki, aprel ayında Cennifer Lopez Ben Affleklə nişanlandığını elan edib. Cütlük təxminən 20 il əvvəl ayrılsa da, keçən il yenidən bir araya gəliblər. Onlar ilk toylarını ötən ay ediblər.