Çempion evdə, “Trabzonspor” səfərdə xal itirdi

Çempion evdə, “Trabzonspor” səfərdə xal itirdi
Oxunma sayı: 1290

Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Konyaspor”la qarşılaşan “Göztəpə” çətin qələbəyə sevinib. “Qaziantep” də “Kayserispor”u məğlub yola salıb.

Son çempion “Başakşəhər” “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb. “Trabzonspor” da “Antalyaspor”la səfər görüşündə 1 xala razılaşıb.

Türkiyə Super Liqası
19-cu tur
16 yanvar

Konyaspor – Göztəpə 2:3
Qol: Çikalleşi, 54. Hadziahmetoviç, 62 – Mihoyeviç, 17. Jul, 30; 58.

Qaziantep – Kayserispor 2:1
Qol: Kvrziç, 31-öz qapısına. Maksim, 77-pen – Kolovetsios, 61.

Başakşəhər – Sivasspor 1:1
Qol: Aleksiç, 38 – H.Arslan, 42.

Antalyaspor – Trabzonspor 1:1
Qol: Amilton, 25 – Afobe, 90+5.