Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun M.Hüseyn küçəsində hərəkətdə olan minik avtomobili idarətmədən çıxaraq dirəyə çırpılıb.
Qəzada sürücü, rayon sakini 1976-ci il təvəllüdlü Emin Abasov və oğlu 1997-ci il təvəllüdlü Xalid Abasov müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov