Çavuşoğlu regional sabitliyin şərtini açıqladı

Çavuşoğlu regional sabitliyin şərtini açıqladı
Oxunma sayı: 673

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında paylaşım edib.

“Əfqanıstan, Şərqi Aralıq dənizi və Türkiyə-Aİ əlaqələrini müzakirə etdik. Beynəlxalq və regional sabitlik üçün Aİ-nin Türkiyə ilə əməkdaşlıq etməsi əsas şərtdir”, - Çavuşoğlu bildirib.