Çavuşoğlu Blinkenlə Qafqazı müzakirə etdi

Çavuşoğlu Blinkenlə Qafqazı müzakirə etdi
Oxunma sayı: 795

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latviyanın paytaxtı Riqada ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.

Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında Romada keçirilən görüşdə müzakirə olunan məsələlər və alınan qərarlarla bağlı növbəti toplantının keçiriləcəyini qeyd edib.

Türkiyəli nazir Blinkenlə NATO müttəfiqləri olaraq ikitərəfli əlaqələr, Ukrayna, Liviya, Suriya və Əfqanıstandakı vəziyyət və Qərbi Balkan ölkələri, eləcə də, Qafqazı müzakirə edib.