Canlı efirdə oğluna ad günü keçirdi - Fotolar

Canlı efirdə oğluna ad günü keçirdi
Oxunma sayı: 1607

Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib. “Qafqazinfo” xəbər verir ki, o, dünən “5-də 5” proqramında böyük oğlu Əlinin 10 yaşının tamam olduğunu bildirib.

İfaçı övladının incəsənətə marağının olduğunu söyləyib: “Oğlumun sevdiyi müğənnilər Cin, Ramin Nabran və Əhməd Mustafayevdir. Bu tərzdə ifaları sevir. İstəmirəm ki, oğlanlarım müğənni olsun”.

İzzət daha sonra oğlu Mehdidən söhbət açıb: “Mehdi artıq sənətini seçib, cüdo ilə məşğuldur. Artıq gələn ay İrana yarışa gedəcək. 7 yaşı var”. 

Qeyd edək ki, Bağırov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahından 3 övladı dünyaya gəlib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi