Bütün tenderlərin qalibi oldu, narazılıq yarandı - Ermənistanda qalmaqal

Bütün tenderlərin qalibi oldu, narazılıq yarandı
Oxunma sayı: 2979

Ermənistanın parlament sədri Alen Simonyanın qardaşının dövlət satınalmaları üzrə tenderin qalibi elan edilməsi narazılığa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, erməni hüquq müdafiəçisi Artur Sakunts Feysbuk səhifəsində bu barədə yazıb: 

“Əgər Danimarka, Norveç, Almaniya və ya başqa demokratik dövlətdə parlament sədrinin qardaşı dövlət satınalmaları tenderinin qalibi elan edilsəydi, bu, parlament sədrinin istefası ilə nəticələnəcək siyasi qalmaqala çevrilərdi. Bu fakt əvvəlcədən bilinməsə də, daha sonra KİV tərəfindən ifşa edilsə də, eyni siyasi qalmaqala səbəb olacaqdı”. 

Qeyd edək ki, Milli Məclis sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın rəhbərlik etdiyi “Euroasfalt” şirkəti ölkədəki bütün yol tikintisi tenderlərinin qalibi olur.