Burakdan boşanma xəbərinə reaksiya

Burakdan boşanma xəbərinə reaksiya
Oxunma sayı: 5636

Məşhur cütlük Burak Özçivit və Fahriye Evcenin evliliklərində problem yaşadıqları və boşanmağa hazırlaşdıqları iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, Özçivit öz instaqram hesabında iddiaya cavab verib.

O, Evcenlə fotosunu paylaşaraq bildirib: “Ağlınıza gələni yazmayın. Bizi rahat buraxın. Hər kəsə sevgilər”.

Qeyd edək ki, B. Özçivitlə F. Evcen 5 ildir evlidir. Onların ilk övladı Karan 2019-cu ildə dünyaya gəlib. Cütlüyün yaxın zamanlarda daha bir uşağı olacaq.