Bu zavod da Alimpaşa Məmmədovun oğlunundur? - Rəsmi açıqlama

Bu zavod da Alimpaşa Məmmədovun oğlunundur?
Oxunma sayı: 8214

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəmkir Balıq Zavodunun özəlləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

ƏMDX-dən "Qafqazinfo"ya verilən məlumata görə, zavodun özəlləşdirildiyi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb. Məlumat üçün bildirək ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 25 may 2021-ci il tarixində keçiriləcək hərraca çıxarılacaq", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, KİV-də yayılan xəbərlərdə Şəmkir Balıq Zavodunun rayonun sabiq icra başçısı Alimpaşa Məmmədovun oğluna aid olması iddia edilirdi.

Onu da əlavə edək ki, bir neçə gün öncə mənimsəməyə görə DTX tərəfindən həbs edilən Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə də məxsus balıqartırma müəssisəsi var.  Şəmkirçay Su Anbarının sahilində yerləşən bu zavodun adı “Az Forel”dir.

Alimpaşa Məmmədov “Az Forel”də olan zaman çəkilmiş foto